Səudiyyədən Ərəb Dünyasına NÖVBƏTİ XƏYANƏT
Son zamanlar İslam düşmənləri ilə arasını düzəldib Müsəlmanlara düşmənçilik etməyə başlayan Səudiyyənin kukla krallığı, yeni bir xəyanətlə gündəmə gəlib. Səudiyyənin yeni xəyanətini, İsrailin baş naziri Binyamin Netanyahu açıqlayıb. Bu açıqlamaya görə, Səudiyyə, Hindistan üzərindən İsrailə gedən İsrail təyyarələrinə, hava məkanını açıb.
Netanyahu, ABŞ səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada, Səudiyyə Ərəbistanının İsrail hava yolu şirkəti “Əl-Al” istisna olmaqla, Hindistan-İsrail xəttində uçuş həyata keçirən şirkətlərə hava məkanından istifadə etməyə icazə verdiyini bildirib.
Xəbərə görə, Netanyahu açıqlamasında Səudiyyə Ərəbistanının "göstərdiyi anlayışa" işarə edərək, "Hindistan Hava Yolları, qarşıdakı həftələrdə Yeni Dehli ilə Təl-Əviv arasında uçuş səfərlərinə başlayanda, Hindistanın paytaxtına səyahət etmək ilə Londona səyahət etmək arasındakı zaman eyni olacaqdır" deyib.
Səudiyyə Ərəbistanının İsrail hava yolu şirkəti “Əl-Al”-a icazə vermədiyini qeyd edən Netanyahu, ABŞ prezidenti Donald Tramp ilə görüşündən sonra jurnalistlərə verdiyi açıqlamada, Hindistan Hava Yollarının Səudiyyə Ərəbistanı ilə müqaviləyə əsasən Yeni Delhiden Səudiyyə Ərəbistanı üzərindən birbaşa Təl-Əvivə səfər edəcəyini qeyd edib.
Müxalifət.az