Səudiyyədən Qaşıqçının uşaqlarını susdurma həmləsi: 10 milyonlarla dollar, villalar...

Baxış sayı:
8692

 Səudiyyə Ərəbistanı rəhbərliyinin İstanbuldakı konsulluqda öldürülən jurnalist Camal Qaşıqçı-nın uşaqlarını susdurmaq üçün milyonlarla dollarlıq evlər verdiyi və hər ay 10 minlərlə dollar ödənişlər etdiyi ortaya çıxıb.
 
“Vaşinqton Post”-un köhnə və yeni Səudiyyə rəsmiləri ilə Qaşıqçı ailəsinə yaxın adamlara əsaslandırdığı xəbərə görə, Qaşıqçı-nın ikisi qız olmaqla, dörd uşağının hər birinə aylıq 10 min dollar ödəniş edilməsi və ev verilməsi, keçən ilin sonunda Kral Salman tərəfindən təsdiq olunub.
Qaşıqçı-nın uşaqlarına verilən evlərin Ciddədə olduğu və hər birinin dəyərinin təxminən 4 milyon dollar olduğu qeyd olunub.
 
Susdurmaq üçün rüşvət
 
 Rəsmi şəxslər Səudiyyə Ərəbistanın bu ödəmələri Qaşıqçı ailəsinin üzvlərinin atalarının öldürülməsi ilə bağlı dövlətə qarşı açıqlama-izahat verməkdən çəkinməsi üçün edildiyini bildiriblər.
Ödənişlər məsələsində Qaşıqçı ailəsiylə görüşlərə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri və vəliəhd şahzadənin qardaşı Xalid bin Salmanın rəhbərlik etdiyi bildirilib.
Vəliəhd şahzadə Məhəmməd bin Salman ilə əl görüşərkən çəkilən fotoları keçən oktyabr ayında dərc olunan, Səudiyyə rəsmiləri ilə ödəmə danışıqlarını aparan Camal Qaşıqçı-nın oğlu Salehin cinayətə qurban gedən jurnalistin Səudiyyə Ərəbistanında yaşamağı davam etdirmək istəyən tək uşağı olduğu, ABŞ-da yaşayan digərlərinin isə Səudiyyə Ərəbistanındakı yeni mülklərini satmasının gözlənildiyi qeyd olunub.
Uşaqlara Qaşıqçı-nın qatillərinin mühakimə olunma prosesinin gələcək aylarda başa çatdıqdan sonra "qan pulu" görüşləri çərçivəsində yəqin ki, on milyonlarla dollar ala biləcəkləri də qeyd olunub.
Saleh Qaşıqçı ilə yanaşı, digər oğlu Abdullah və qızları Noha ilə Rezan Camal iddialarla bağlı açıqlama verməyib.
Qaşıqçı ailəsini təmsil edən Vaşinqtondakı vəkil Uilyam Teylor da ailəyə təzminat ödənib ödənmədiyinə dair açıqlama verməyi rədd edib.
Qeyd edək ki, Qaşıqçı-nın uşaqları atalarının öldürülməsindən bu yana Səudiyyə Ərəbistanı Krallığını sərt bir dillə tənqid etməkdən çəkinirdi.
Müxalifət.az