Səudiyyədən növbəti qeyri-insani davranış

Baxış sayı:
10249

Səudiyyə Ərəbistanının diplomatları tərəfindən Tailandın Bangkok hava limanında saxlanılan Səudiyyə Ərəbistanının vətəndaşı olan Rahaf Məhəmməd əl-Qunun Birləşmiş Millətlər Təşkilatına müarciət edərək istənilən ölkədən sığınacaq istəyib. Onun qeyri-rəsmi Twitter hesabına görə, gənc Səudiyyəli qız Rahaf Məhəmməd əl-Qunun Taylandın Bangkok Hava Limanında Səudiyənin diplomatlarıı tərəfindən saxlanılıb. "Səudiyyə Ərəbistanı səfirliyi pasportumu ələ keçirdi" Qunun, "Səudiyyə Ərəbistanının səfirliyi mənim pasportumu müsadirə etdi və məni xəstəliklə, etdiyim hərəkətləri şüursuzca etməkdə ittiham edir " deyib. Qunun sağlamlığının yerində olduğunu vurğulayıb: "Mənim sağlamlıqla problemim yoxdur. Amma məni böyük təhlükə gözləyir". Müxalifət.az