Səudiyyədən müdhiş iddia: “PULU VERİN, SƏRBƏST QALIN” BAZARLIĞI

Səudiyyə Ərəbistanında həbs edilən şahzadələrə mal varlıqlarını ər-Riyad hakimiyyətinə təhvil vermələri halında sərbəst bıraxılma təklifinin verildiyi bildirilir.
 
İngiltərədə yayımlanan “Financial Times” qəzeti, korrupsiya araşdırması çərçivəsində saxlanılan 11 şahzadə və iş adamının mal varlıqlarının 70 faizinə əl qoyulması məqsədi güddüyünü yazıb.
Qəzetə məlumat verən iki mənbənin dediklərinə görə, rəsmiləri nəzarətdə olanlara “Pulu verin, azadlığa çıxın” təklifini verib. Bununla da Səudiyyə Ərəbistanının getdikcə əriyən xəzinəsinə bu şəkildə qaynaq təmin edilməsi məqsədi güdülür.
BBC Türkcənin verdiyi xəbərə görə, aparılan danışıqlar prosesində bəzi mal varlıqlarının əl dəyişdirdiyi və ər-Riyad rəhbərliyinin nəzarətinə keçdiyi də ifadə edilir.
Səudiyyə Ərəbistanındakı əməliyyatda nəzarətə alınanlar arasında, dünyanın ən zəngin 100 adamı siyahısında yer alan Şahzadə Əl Vəlid bin Talal da var.
 “Financial Times”a məlumat verən mənbələr, nəzarətdəki bəzi şəxslərin mal varlıqlarının əhəmiyyətli bir hissəsinin ər-Riyada dövr edilməsi qarşılığında sərbəst qalmağa razı olduqlarını deyirlər.
Bu sövdələşmələrin nəzarətdə olanların saxlanıldığı “Rits-Karlton” otelində aparıldığı da xəbər arasındadır.
Qeyd edək ki, uzun müddət neft qiymətlərinin aşağı səviyyəyə düşməsi Səudiyyə Ərəbistanının büdcəsində 79 milyard dollar kəsir yaratmışdı. Prokurorluğun maliyyə pozuntuları ilə bağlı verdiyi rəqəm də hardasa 100 milyard dollara civarındadır ki, burada da göründüyü kimi, bu miqdar büdcə kəsirini tamamilə qapatmağa imkan verir. Və bu kontekstdə verilən xəbərlərin də həqiqət payının nə qədər yüksək olması görsənir.
Müxalifət.az