​Səudiyyədən gözlənilməz qərar: NEFT İXRACINI AZALDIR

Səudiyyə Ərəbistanı gələn ay ixrac etdiyi neftin həcmini azaldacaq.
Bu barədə informasiyanı “Blomberq” agentliyi Səudiyyə Ərəbistanı Energetika Nazirliyindəki mənbəsinə istinadən yayıb. Agentlik ixracın gündəlik 120 min barrel azaldılacağını bildirib.
Ər-Riyadın həmçinin ABŞ-a tədarük edəcəyi nefti də 10% azaldacağı vurğulanıb./axar/