Səudiyyədən diqqət çəkən açıqlama: Əgər ABŞ bizə silah verməzsə...

Baxış sayı:
5149

“CNN International”-a açıqlama verən Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cubeyr ABŞ Konqresinin Qaşıqçı cinayətini şəffaf olaraq araşdırmadığı üçün Səudiyyə Ərəbistanına silah satışını dayandırma işləri mövzusunda sualı cavablandırıb.
 
Cubeyr “ABŞ bizə bölgədəki mənfəətlərini qorumaq üçün silah vermək məcburiyyətindədir" deyib.
Aparıcının Konqresin Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq üçün çalışdığını, prezident Trampın “təcili vəziyyət” elanıyla Səudiyyə Ərəbistanına silah satışını təmin etdiyini ifadə etməsindən sonra Cubeyr, "ABŞ=ın Səudiyyə Ərəbistanına silah göndərməsi ikimizin ortaq düşməninə qarşı döyüşə bilməmiz üçün lazımdır. Yəməndə İranın təsiri altında bir hakimiyyət qurulmasına qarşı mübarizə aparırıq. Əgər ABŞ Səudiyyə Ərəbistanına silah verməzsə, mənfəətlərini qorumaq üçün bölgəyə daha çox qüvvə göndərmək məcburiyyətində qalacaq. Artıq təyyarı gəmilərini Körfəzə göndərdi" deyib.
Müxalifət.az