Səudiyyədən ABŞ-a DƏSTƏK: "İrana bütün gücümüzlə cavab verəcəyik" - SENSASİON AÇIQLAMA

Baxış sayı:
4414

Səudiyyə Ərəbistanı Krallığı regionda müharibə olmasını istəmir və hər hansı savaşı başlatmaq niyyətində də deyil. Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyr deyib. “Səudiyyə Ərəbistanı müharibənin qarşını almaq üçün əlindən gələni edəcək. Lakin qarşı tərəfin savaşı seçdiyi halda krallıq bütün qüvvələri ilə qətiyyətli cavab verəcək, mənafeyini qoruyacaq”, - deyə Cubeyr bildirib. Qeyd edək ki, BƏƏ sularında Səudiyyəyə aid 2 neft tankeri hücuma məruz qalmışdı. Ər-Riyad administrasiyası bu hücumun arxasında İranın olduğunu iddia edir.