Səudiyyədəki şahzadələrin həbsinin xülasəsi: Şahzadələrdən Salmana, Salmandan Trampa

Baxış sayı:
6058

Taxtını möhkəmləndirmək üçün şahzadə və iş adamlarını həbs edən vəliəhd şahzadə Məhəmməd bin Salman onlardan aldıqları pulları Trampa verir.
 
Səudiyyə Ərəbistanda "yumşaq saray çevrilişi” olaraq adlandırılan və vəliəhd şahzadə bin Salmanın taxtını möhkəmləndirmək məqsədilə şahzadə və iş adamlarını həbs etməsi bir vaxt dünya gündəminə oturdu.
Milyardlarla dollar sərvətə sahib olan bu şəxslərin bank hesabları donduruldu.
Bir qismi sərvətinin böyük bir hissəsini bağışlamaları müqabilində sərbəst buraxıldı.
 
İSTİNTAQI ŞAHZADƏ SALMAN YÜRÜDÜR
 
 Bir çoxunun barələrindəki istintaq hələ də davam edir. İstintaqa şahzadə bin Salman başçılıq edir.
Şahzadə bin Salmanın bu ana qədər topladığı pulun 107 milyard dollar ətrafında olduğu bildirilir.
 
ABŞ İLƏ 100 MİLYARD DOLLARLIQ SİLAH MÜQAVİLƏSİ
 
 Digər tərəfdən, Səudiyyə Ərəbistanının ötən il ABŞ ilə silah müqaviləsinin məbləği 100 milyard dollardır. Bu da həbs olunan şahzadə və iş adamlarından toplanan pulların ABŞ-a getməsi anlamına gəlir.
Qeyd edək ki, ABŞ prezidenti Donadl Tramp Səudiyyəni qorumağın bir bədəli olduğunu hər fürsətdə dilə gətirir.
Suriyada isə YPG/PKK-ya yardım edən ABŞ qüvvələri, bu ana qədər milyardlarla dollar xərcləyib.
Müxalifət.az