Səudiyyədəki həbslərin SƏBƏBİ AYDIN OLDU

Səudiyyə Ərəbistandakı korrupsiya əməliyyatında 800 milyard dollarlıq 1700 bank hesabı dondurulub.
 
Neft nəhəngi Səudiyyə Ərəbistanında keçən həftə sonu korrupsiya ilə mübarizə adı altında həyata keçirilən həbs əməliyyatlarının əsas hədəfinin milyardlarla ölçülən sərvətlərə əl qoyulamasının olduğu üzə çıxıb.
Həbs olunan 11 şahzadə və 4 nazirin mal varlıqlarının dəyərinin 800 milyard dollar (3.1 trilyon TL) olduğu bəlli olub. Bu miqdar, Türkiyənin 2016 il ümumi daxili məhsuluna (Ümumi Daxili Məhsul) 857.7 milyard dollar (3.3 trilyon TL) yaxın bir rəqəmdir, Səudiyyə Ərəbistanındakından isə artıqdır (646.4 milyard dollar).
Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi hökumət nəzarətə alınan şəxslərin sərvətinə əl qoymağı planlaşdırır. Əl qoyulan bank hesablarının sayının 1700-ə çatdığı güman edilir. Vəliəhd Şahzadə bin Salman, ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün korrupsiyaya qarşı mübarizəni vacib sayır.
 
 
 "İNVESTİSİYA QOYMAĞI RƏDD EDİBLƏR” İDDİASI
 
 Qətərin əl-Cəzirə televiziyasının həbs olunan şahzadələrdən birinə yaxın mənbənin verdiyi məlumata əsaslanaraq xəbər yayıb ki, Vəliəhd Şahzadə bin Salman, rəhbərlik etdiyi"Görünüş 2030 Layihəsi" çərçivəsində ölkəyə sərmayə qoymağa çağırsa da, Şahzadə bin Talal və digərlərindən rədd cavabı alıb. Korrupsiya əməliyyatının başlanmasına da məhz bu rədd cavablarından sonra qərar verilib.
Vəliəhd Şahzadə də əslində həbslərlə ölkənin digər zəngin insanlarına, “Ya sərmayə qoyun, ya da həbsi göz önünə alın” mesajını vermək istəyir. Vəliəhd Şahzadə, “Görünüş 2030” layihəsi çərçivəsində ölkənin Misir və İordaniya ilə sərhədinə yaxın bir bölgəyə 600 milyard dollar dəyərli bir megaşəhər yaradacağını açıqlamışdı.
 Ölkəni "Mötədil İslam ölkəsi" halına gətirəcəyini ifadə edənMuhəmməd bin Salman, “Görünüş 2030” layihəsi çərçivəsində sosial dəyişikliklər də planlaşdırır. Layihə ABŞ tərəfindən də dəstəklənir. ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu (DRL), dünən layihə çərçivəsində sosial və iqtisadi islahatları dəstəkləyən layihələri maliyyələşdirmə ilə mükafatlandıracağını açıqlayıb.
Müxalifət.az