Səudiyyədə “ŞAHZADƏLƏRƏ İŞGƏNCƏ VERİLİR” İDDİASI

Səudiyyə Ərəbistanında “korrupsiya ilə mübarizə” adı altında keçirilən əməliyyatda nəzarətə alınan çoxsaylı Şahzadələrə zor tətbiq olunduğu və keçmiş kralın oğlu Mutib bin Abdullahın da işgəncəyə məruz qaldığı iddia edilib.
 
Səudiyyə Ərəbistanı Kralının əmri ilə "korrupsiya ilə mübarizə" adı altında keçirilən əməliyyatda ötən həftələrdə çox sayda şahzadə və əmir həbs olunaraq ər-Riyadda yerləşən “Rits” otelində saxlanılır.
 “Middle East Eye” saytında yer alan xəbərə görə, aralarında 2015-ci ildə vəfat edən Kral Abdullahın oğlu Mutib bin Abdullahın da olduğu çox sayda Şahzadəyə işgəncə verildiyi iddia edilib.
İddiaya görə, həbslərin aparıldığı ilk 24 saat içərisində 6 nəfərin ağır işgəncələrə görə, xəstəxanalara aparıldığı və “təcili tibbi yardım” maşınların ard-arda xəstəxanalara hərəkət etdiyi bildirilib.
İndiyədək 17 nəfərin xəstəxanalara aparıldığı qeyd olunurkən, 1 nəfərin də işgəncədən dolayı reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Milli Qvardiyanın başında duran Mutib bin Abdullaha işğncə verilməsinin narahatlıq yaradacağı və mühafizəçilər tərəfindən xoş qarşılanmayacağı da qeyd olunub.
Müxalifət.az