Səudiyyədə qadınlar ilk dəfə bu vəzifəyə gətirildi

Baxış sayı:
20764

Səudiyyə Ərəbistanında bir qrup qadın ilk dəfə uçuşların idarə edilməsi mərkəzində aviadispetçer vəzifəsinə təyin olunub.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilir ki, Səudiyyə Ərəbistanı qadınlarının ilk dəfə uçuşların idarə edilməsi sahəsində fəaliyyət göstərmələri çox sevindirici haldır. “Biz əminik ki, onlar bu vəzifənin öhdəsindən gələcəklər”, - deyə məlumatda bildirilir.