​Səudiyyədə daha bir sui-qəsd: prezident öldürülüb?

Baxış sayı:
517

Qabon Prezidenti Əli Bonqo Ondimbanın Ər-Riyad səfəri əsnasında itkin düşməsi ilə bağlı yayılan məlumatlar əssassızdır.
Muxalifet.az xəbər verir ki, bu barədə Qabon prezident administrasiyası açıqlamaya yayıb.
“Dövlət başçımız Əli Bonqo Ondimba Ər-Riyadda özəl xəstəxanalardan birində müalicə alır. Onun dinlənməyə ehtiyacı var. Komada olması və ya öldürülməsi barədə deyilənlər tamamilə əsassızdır. Vəziyyət ciddi deyil, sadəcə halsızlıqdan qaynaqlanır. Son aylarda gərgin iş rejimindən dolayı yoğunluq keçirir” - məlumatda qeyd olunub.
Qeyd edək ki, Qabon dövlət başçısı Əli Bonqo Ondimba Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla birgə konfransa qatılmaq üçün oktyabrın 24-də Ər-Riyada səfər edib. Həmin gündən bu vaxta qədər Ondimbadan xəbər alınmaması onun Ər-Riyadda öldürülməsi barədə məlumatların yayılmasına səbəb olub.
Xatırladaq ki, bundan əvvəl səudiyyəli jurnalist Camal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda amansız şəkildə qətlə yetirilib.