Səudiyyədə ÇEVRİLİŞƏ QARŞI ÇEVRİLİŞ

Yaxın Şərqdə bir gecədə nizamı dəyişdirəcək hadisələr baş verdi. Vəliəhd Şahzadə Salmana qarşı taxta iddia edə biləcək 11 şahzadə və 39 nəfər saxlanıldı.
 
İqtisadi və siyasi yöndə islahatlara başladığını dünyaya çatdıran Səudiyyə Ərəbistanında, aralarında kral ailəsindən şahzadələrin, keçmiş nazirlərin və əhəmiyyətli bürokratların da olduğu onlarla şəxs sürpriz bir əməliyyatla saxlanıldı.
 
ÇEVRİLİŞƏ ÇEVRİLİŞ
 
Səudiyyə Kralı Salman, dünən gecə Korrupsiyaya Qarşı Mübarizə Komissiyası yaradıb. Komissiyanın rəhbərliyinə oğlu Vəliəhd Şahzadə Muhamməd Salmanıi təyin edib. Bundan dərhal sonra hərəkətə keçən Komissiya həbslər dalğasını həyata keçirib. Gözaltına alınan şəxslərin hamısı Vəliəhd Şahzadəyə müxalifətdə olan şəxslərdir. Ən diqqət çəkən şəxslər isə Kral Abdullahın 2-ci oğlu olan və taxta iddia etmə potensialına malik Şahzadə Mutaib min Abdulaziz və Şahzadə Turku bin Abdulla oldu. Şahzadə Mutaib bin Abdulaziz eyni zamanda, Kral Mühafizəçilərinin naziri idi. Başqa sözlə, ordunun nəzarətini əlində tutmuşdu. Beləliklə, Vəliəhd Şahzadə özünə qarşı mümkün çevriliş cəhdinin qarşısını bir qabaqlayıcı çevrilişlə almış oldu.
 
2030 HƏDƏFLƏRİ. TAXT UĞRUNDA MÜBARİZƏ BAŞLADI
 
Baş verən şok həmlənin səbəbi olaraq Vəliəhd Şahzadənin planlaşdırdığı 2030 hədəfləri göstərilir
 
ŞAHZADƏNİN GÖZLƏNİLMƏZ YÜKSƏLİŞİ
 
S. Ərəbistanının Vəliəhd Şahzadəsi Salman, 2 il əvvələ qədər təkcə ölkəsində tanınırdı. Kral Abdullahın 2015 –ci ildə ölümündən sonra yerinə qardaşı Salman keçdi. S.Arabistanda Krallıq atadan oğula yox, qardaşdan qardaşa keçirdi. Kral Salmanın yerinə əslində o vaxtkı daxili işlər naziri Şahzadə Məhəmməd bin Nayifin keçməsi lazım idi. Kral Salman Şahzadə Nayifi iyun ayında həm nazir vəzifəsindən, həm də Vəliəhdlikdən məhrum etdi. Yerinə oğlu müdafiə naziri Şahzadə Muahmmədi gətirdi.

Müxalifət.az