Səudiyyə vəliəhdinin “qorxu imperatorluğu”

Baxış sayı:
13306

Beynəlxalq Amnistiya Təşkilatı islahatçı kimi xarakterizə edilən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın (MBS), vəliəhd minbaşı Məhəmməd bin Naif-i hakimiyyətdən uzaqlaşdırması ilə başlayan prosesə 2017-2018 hesabatında yer verib.
 
MBS-nin vəliəhd olması ilə birlikdə içlərində şahzadələr, nazirlər, keçmiş nazirlər və iş adamları, çox sayda jurnalist, yazıçı və tanınmış din adamı saxlanılıb.
Səudiyyə Ərəbistanında ən passiv müxalif mövqedə olanların da yaşadığı təzyiq və gördüyü zorakılıq hesabatlara əks olunmağa davam edir.
 
YA QAÇIRLAR, Ya DA MÜHAKİMƏ OLUNURLAR
 
Hesabatda, Səudiyyə Ərəbistanında mülki və ya siyasi haqq tələblərində olan dərnək, təşkilat və şəxslərin ittiham olunduğu, ölkədən çıxa bilənlərin qaçmağı bacardığı məlumatına yer verilib.
Yenidən dəyişdirilən Terrorla Mübarizə Qanununun müxalif olan hər kəsi hədəf aldığı ifadə edilib.
 
QADINLARA İŞGƏNCƏ EDİLİR
 
MBS-nin hakimiyyətini möhkəmləndirmək üçün istifadə etdiyi işgəncə və cinayətlərdən qadınlar da pay alır. Beynəlxalq Amnistiya Təşkilatı rəsmiləri 20 noyabrda Səudiyyəli qadın müxaliflərin, ya da aktivistlərin hökumət tərəfindən özbaşına həbs olunduğunu, sorğularda cinsi təcavüz və işgəncələrə məruz qaldıqlarını açıqlayıb. Nəzarətə alınanların ifadələrinin də yer aldığı hesabatda, müxalif qadınların yaşadıqları qeyri-insani rəftar nümayiş etdirilib.
Həbs olunan 3 qadının ifadəsinə yer verilən hesabatda, nəzarətə alınanların sorğuda elektrikli işgəncə, qamçılama və cinsi təcavüzə məruz qaldığı bildirilib. Məhkumlardan bəzilərinin dəfələrlə intihara cəhd etdiyi də ifadələrdə yer alan məlumatlar arasındadır.
 
UŞAQLARA ÖLÜM CƏZASI
 
Beynəlxalq Amnistiya Təşkilatının dünən (4 dekabr 2018) yaydığı digər bir hesabatda da Səudiyyə Ərəbistanında yaşlarından asılı olmayaraq cinayət törətdiyi irəli sürülən uşaqlar ölümə məhkum edilir. Hesabatda 1990-ci ildən bu günə məlum olan uşaq edamı sayının 143-ə çatdığı qeyd olunub.
 
ABŞ, MBS-nin ETDİKLƏRİNİ GÖRMƏZDƏN GƏLİR
 
ABŞ, MBS-nin baş rolda olduğu və həm Səudiyyə Ərəbistanında, həm də başda Yəmən olmaqla, ətraf ölkələrdə qarışdığı cinayətləri ört-basdır etmək üçün əlindən gələni edir.
Qaşıqçı cinayəti ilə bağlı sızdırılan MKİ hesabatlarında MBS-nin əleyhinə məlumatlar olunmasına baxmayaraq, ABŞ dünya ictimaiyyəti ilə hər hansı bir məlumat bölüşmür. Prezident Tramp da “bin Salmanın bu işlə əlaqəsi olduğunu hesab etmirəm” deyərək, məruzələrin əksinə bir görüntü yaratmaq cəhdindədir.
Ər-Riyad rəhbərliyinin Yəməndəki qətliamı haqqında yeganə söz etməyən ABŞ rəhbərliyinin mövqeyini Səudiyyə Ərəbistanı ilə silah müqavilələri müəyyən edir.
Müxalifət.az