Səudiyyə vəliəhdinin İsraildən ŞOK İSTƏYİ: QƏZZANI VUR, GÜNDƏMİ DƏYİŞDİR

Baxış sayı:
2647

2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda gerçəkləşən Camal Qaşıqçı cinayətinin baş səbəbkarı kimi göstərilən vəliəhd şahzadə Məhəmməd bin Salmanın özünü xilas etmək üçün Fələstinin Qəzza bölgəsini qurban seçdiyi ortaya çıxıb.
 
“Middle East Eye” xəbər saytında dərc olunan və Səudiyyə mənbələrinə əsaslandırılan xəbərə görə, Qaşıqçının qətlindən sonra vəliəhd şahzadə Məhəmməd bin Salman, İsrailin baş naziri Benyamin Netanyahunu Qəzzada “Həmas”la qarşıdurmaya girməsi üçün inandırmağa çalışıb. Vəliəhd şahzadənin beləliklə, diqqətlərin Qaşıqçı cinayətindən, Fələstinə yayınmasını və üzərindəki təzyiqi yüngülləşdirmək istədiyi bildirilib.
 
MƏŞVƏRƏT MƏCLİSİNDƏ PLANLAŞDIRIB
 
Xəbərə görə, İsrailin Qəzzanın üzərinə salınması planı, Qaşıqçı cinayətindən sonra vəliəhd şahzadəyə məsləhət üçün yaradılan işçi qrupu tərəfindən hazırlanıb. Məhəmməd bin Salmanı beynəlxalq təzyiqdən xilas etmək məqsədilə yaradılan işçi qrupunda kral ailəsindən, xarici işlər və müdafiə nazirliklərindən və xüsusi xidmət orqanlarından gələn şəxslərdən yaradıldığı bildirilib. Bu işçi qrupunun hazırladığı ssenarilərdən biri də Qəzzada bir müharibənin başladılmasıdır. Digər ssenarilər arasında Türkiyənin qətiyyətli davranışına təsir edəcək çıxışlar etmək və Rusiya ilə münasibətləri inkişaf etdirmək də var idi.
 
TRAMPIN DİQQƏTİNİ YAYINDIRIR
 
Hər gün altı saatdan bir varis şahzadəyə proseslərə dair hesabat verən işçi qrupunun Məhəmməd bin Salmana Qəzzada çıxacaq bir müharibənin ABŞ prezidenti Donald Trampın diqqətini yayındıracağı və Səudiyyə Ərəbistanının bölgədəki rolunun dəyərini Vaşinqtona xatırladacağı tövsiyə etdiyi qeyd olunub. Bundan sonra vəliəhd şahzadə bin Salmanın İsrailin baş naziri Netanyahunu Qəzzaya hücum etməsi məqsədilə inandırmağa çalışdığı xəbərdə qeyd olunub.
Müxalifət.az