“Səudiyyə vəliəhdinin həyasız gülüşünü üzündən yox edə bilərik” – Konqres üzvü

Baxış sayı:
637

Səudiyyə jurnalisti Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda cinayətə qurban getməsinin 100-cü günündə ABŞ Konqresində təşkil olunan tədbirdə anılıb.
 
Anma tədbirinə Nünayəndələr Palatasının sədri Nancy Pelosi ilə yanaşı, onlarla konqres üzvü, jurnalistlər və aktivistlər qatılıb.
Tədbirdəki çıxışında mətbuat azadlığını qeyd edən Pelosi, ABŞ rəhbərliyinin jurnalist Camal Qaşıqçı cinayətinə qarşı davranışını tənqid edib.
Pelosi, "Kommersiya mənfəətlərimizin etdiyimiz açıqlamalar və dəyərlərimizə üstün gəlməsinə qərar vermişiksə, bu, bütün əxlaqın itirilməsi deməkdir" deyə söyləyib.
Qaşıqçı-nın ölümünü "vəhşilik" kimi qiymətləndirən Pelosi, Konqresin Qaşıqçı cinayətinə dair məlumatları ortalığa çıxarmaq və qətlin günahkarlarından hesab soruşma məsələsində qərarlı olduğunu bildirib.
Nümayəndələr Palatasının sədri Pelosi, "Qaşıqçı-nın qətlə yetirilməsinin üstündən 100 gün keçdi. Onun və ailəsi üçün dua edirik və addım atmaqda qərarlıyıq. Həm ölkə içində, həm də xaricdə jurnalistlərin həyatlarını və azadlıqlarını qorumaq üçün əxlaqi məsuliyyətimizi yerinə yetirməliyik" deyə bildirib.
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə strateji əlaqələrə verdiyi önəmi də üstüörtülü olaraq tənqid edən Pelosi, Səudiyyə Ərəbistanını işarə edərək, "Ticari mənfəətlər və ya strateji mövqeyiniz sizə öldürmə səlahiyyəti vermir" deyib.
 
“Səudiyyə vəliəhdinin üzündəki həyasız gülüşü yox etməliyik”
 
 Nyu-Cersinin Konqresdəki təmsilçisi demokrat Tomas Malinovski Qaşıqçı ilə bir dəfə qarşılaşdığını və bu görüşdə ABŞ-ın əxlaqı səsinin artıq dünyada duyulmadığını müzakirə etdiklərini qeyd edərək, jurnalistlərin bu şəkildə cinayətkarcasına qətlə yetirilməsinin dünyada normallaşmamasının lazım olduğunu söyləyib.
Malinovski, "Bu işdə tam ədalət bərqərar olmasa, jurnalistlərin öldürülməsi adi hala çevriləcək. Bu da o deməkdir ki, bu cinayətin müəllifi, bunun əmrini verən adam bunun hesabını verəcək" deyib.
Qlobal Magnitsky Qanunu ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman üçün bütün səlahiyyətləri Trampa verdiklərini xatırladan Malinovski, hakimiyyətin Ər-Riyada liderlərini özləri seçə biləcəyini, ancaq Bin Salmanın gələcəkdə bu cinayətlə xatırlanacağını ifadə etməsi lazım olduğunu dilə gətirib.
Malinovski, "Əgər hakimiyyət doğru olanı edə bilməyəcəksə, Konqres edə bilər və edəcək. Biz Məhəmməd bin Salmanın üzündəki həyasız, özünü bəyənmiş gülümsəməni yox edə bilərik və etməliyik" deyib.
Anım tədbirində Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitəsinin sədri Elliot Engelslə yanaşı, bir çox senator və deputatlar da çıxış edib.
Müxalifət.az