Səudiyyə vəliəhdindən ŞOK: Fələstinə İsrail üçün 10 milyard dollar rüşvət təklif edib

Baxış sayı:
6589

 Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın hələ detalları açıqlanmayan “Əsrin Müqaviləsi” üçün Fələstin lideri Mahmud Abbasa 10 milyard dollar rüşvət təklif etdiyi ortaya çıxıb.
 
İsrailin “Jerusalem Post” xəbər saytının Livan mətbuatına əsaslandırdığı xəbərinə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin lideri Mahmud Abbasa Trampı "Əsrin Müqaviləsi" planını qəbul etməsi üçün 10 milyard dollar rüşvət təklif edib.
Qeyd edək ki, hələ detalları açıqlanmayan və ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Kuşnerın hazırladığı "Əsrin Müqaviləsi" planının Ramazan ayından sonra açıqlanacağı bildirilmişdi.
Ortaya çıxan iddiaya görə, Məhəmməd bin Salman və Mahmud Abbas arasında reallaşan görüşdə, Fələstin hökumətinin illik 1 milyard dollarlıq xərclərinin olduğunu öyrənən İbn Salman, müqaviləni qəbul etdiyi təqdirdə Mahmud Abbasa 10 illik büdcə üçün 10 milyard dollar təklif edib.
Fələstin lideri Mahmud Abbas isə, "Bununla da siyasi karyeram sona çatar" düşüncəsi ilə İbn Salmanın təklifini rədd edib.
İordaniyalı mənbələrə əsaslandırılan xəbərin davamında isə, Mahmud Abbasın müşaviri Mahmud Habbasın Fələstinli lider Mahmud Abbası tənqid etdiyi bildirilərək "Mahmud Abbas Misirə, ABŞ-a, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə çox güvənir və bu hal narahat edicidir" deyə İfadələrə yer verdiyi iddia edilib.
Müxalifət.az