Səudiyyə vəliəhdinə daha bir “hücum”

Baxış sayı:
3727

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın “2030 vizyonu” çərçivəsində ölkəyə investisiya cəlb etmək məqsədilə keçirmək istədiyi "Gələcəyə Sərmayə Təşəbbüsü" (FII) konfransının rəsmi saytı kiber hücuma məruz qalıb.
 
“Çöldəki Davos" adlandırılan konfransın saytına “hücum” edən hakerlər "Səudiyyə Ərəbistanı rəhbərliyini dünyada terrorizmi dəstəkləyən ölkə olmaqla günahlandıran fotoşəkilli bir mesaj buraxıb.
Fotoşəkildə, yanında İŞİD-ın bayrağını tutan bir döyüşçü ilə bu terror təşkilatının cəlladlarına bənzədilən vəliəhd şahzadənin əlində qılınc ilə qarşısında diz çökmüş bir şəkildə jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda qətlə yetirilməyi gözləyən təsviri diqqəti çəkib.
Hakerlər həmçinin, "Dünya miqyasında uşaqlar üçün bütün ölkələri Səudiyyə rejiminə embarqo tətbiq etməyə dəvət edirik. ABŞ ilə iş birliyi içində olan bu rejim, öz vətəndaşı Camal Qaşıqçı və Yəməndəki minlərlə insanı öldürmək kimi vəhşicəsinə və qeyri-insani əməllərindən dolayı hesaba çəkilməlidir" mesajını bölüşüb.
Sosial media istifadəçiləri da sözügedən hadisəyə dair Twitter-də #futureınvestmentınitiative etiketi ilə bölgülər edib.
Səudiyyənin rəsmi orqanları tərəfindən məsələ ilə bağlı hər hansı bir açıqlama edilməyib.

Qeyd edək ki, Səudiyyə jurnalist Camal Qaşıqçı-nın 2 oktyabrda İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olduqdan sonra itməsindən sonra bəzi şəxs, şirkət və qurumlar sözügedən konfransdan çəkildiklərini açıqlamışdı. Bu proseslərdən sonra, Ər-Riyadda 23-25 oktyabr tarixlərində keçiriləcəyi əvvəlcədən bildirilən konfransın keçirilib keçirilməyəcəyi qeyri-müəyyənliyini qoruyur.
Müxalifət.az