“Səudiyyə vəliəhdi zaman qazanmağa çalışır” – ABŞ Senatoru

Baxış sayı:
5860

ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının jurnalisti Camal Qaşıqçı-nın "ölümü" ilə bağlı açıqlamasının "etibarlı" olduğunu desə də, Senat və Nümayəndələr Palatasının nüfuzlu şəxsləri sözügedən bəyanatı "şübhəli" sayır. Bundan başqa, bəzi senatorlar Trampa Magnitsky Qanunu çərçivəsində bir istintaq açılması çağırışını da təkrarlayıb.
 
Səudiyyə Ərəbistanın, günlərdir harada olduğu maraq edilən Qaşıqçı-nın Səudiyyənin İstanbul Baş Konsulluğunda çıxan bir təsadüf dalaşma nəticəsində həyatını itirdiyini açıqlamasından sonra senatorlar və Nümayəndələr Palatası üzvlərindən təpkilər gəlməyə başlayıb.
 
Səudiyyə Ərəbistan vaxt qazanmağa çalışır
 
Demokrat Partiyasından Floridanın senatoru Riçard Blumenthal, CNN televiziyasında qatıldığı bir proqramda bunları deyib: "Aydın görünür ki, Səudiyyə vaxt qazanmağa və etdiklərini ört-bas etmək istəyir, amma bu vəziyyət cavab olmaqdan çox yeni suallar doğurur. Beynəlxalq istintaq, Birləşmiş Millətlər Təşkilatının (BMT) da daxil olduğu qanuni və etibarlı yollarla aparılmalı və Türklərin əlində olduğu bildirilən səs qeydləri istifadə edilməlidir. Dünyanın, açıq bir şəkildə vəliəhd şahzadə Məhəmməd bin Salmanı qorumaq üçün əlindən gələn hər şeyi edən Səudiyyənin verdiyi açıqlamaya deyil, beynəlxalq bir istintaqın nəticələrinə ehtiyacı var".
ABŞ Nümayəndələr Palatasının Virciniyadan olan vəkili Gerry Konolli, CNN-də iştirak etdiyi proqramda, Səudiyyə Ərəbistanının Qaşıqçı açıqlamasını "klassik bir mafiya əməliyyatı kimi" qiymətləndirib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhamməd bin Salmanı qorumaq üçün belə bir "fərziyyə uydurduğunu" irəli sürən Connoly, "Səudiyyə konsulluğunda əvvəlcədən hazırlanmış belə bir qətl əməliyyatının vəliəhd şahzadənin məlumatı və razılığı olmadan yaranma ehtimalı yoxdur" deyə söyləyib.
Müxalifət.az