Səudiyyə vəliəhdi Qaşıqçı cinayətinin işarəsini 1 il əvvəldən verib

Baxış sayı:
15232

ABŞ-ın “The New York Times” qəzeti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçı cinayətindən bir il əvvəl Səudiyyə jurnalistinin ölkəsinə dönmədiyi təqdirdə ona qarşı "güllə" istifadə edilməsini söyləyərək Qaşıqçıya qarşı öldürmə niyyətini müəyyən etdiyini yazıb.
 
“The New York Times”-in ABŞ və xarici səlahiyyətlilərə istinadən verdiyi xəbərinə görə, bin Salmanın cinayətdən əvvəlki danışıqlarını araşdıran Amerikan kəşfiyyat qurumları Səudiyyə şahzadəsinin Qaşıqçı cinayətinin siqnallarını hadisədən 1 il əvvəl verdiyini ortaya çıxarıb.
Amerika Kəşfiyyatının dinləməsi ilə əldə edilən danışıqların Səudiyyə şahzadəsinin Qaşıqçını öldürmək niyyətinin indiyə qədər olan ən geniş sübutu" olduğunu vurğulanıb.
Xəbərə görə, Qaşıqçı cinayətinin məsullarının ortaya çıxarılması üçün istintaq başladan Amerikan Milli Təhlükəsizlik Agentliyi və kəşfiyyat qurumları, Səudiyyə şahzadənin keçmiş telefon danışmaları və mesajlaşmalarını araşdırıb.
Kəşfiyyat hesabatlarını görən bir səlahiyyətli şahzadə Məhəmməd bin Salman və şahzadənin məsləhətçilərindən olan Turki Aldakhil arasında 2017-nin sentyabrında baş tutan bir danışıqda, Səudiyyə Ərəbistanı rəhbərliyinin Qaşıqçının tənqidlərindən getdikcə daha çox narahat olduğunu dediyi bildirilib.
Söz mövzusu danışmada Məhəmməd bin Salmanın Qaşıqçı ölkəsinə geri dönməsi üçün razı salınmazsa, zorla ölkəyə qaytarılmasını əmr etdiyini söyləyən səlahiyyətli, Səudiyyə şahzadəsinin iki üsul da işə yaramadığı təqdirdə, Səudiyyəli jurnalistin arxasından "bir güllə" ilə gedəcəyini ifadə etdiyini bildirib.
Amerikan kəşfiyyat analitikləri şahzadə bin Salmanın buradakı "güllə" sözündən məqsədinin birbaşa Qaşıqçının vurulması deyil, jurnalistin öldürülməsi niyyətini müəyyən edən bir qəlib olaraq istifadə etdiyini vurğulayıb.
Müxalifət.az