Səudiyyə vəliəhd şahzadəsi öldürüldümü? - İki aydır xəbər alınmır

Baxış sayı:
10744

 Səudiyyə Ərəbistanının kralı Salman ilə İraq baş naziri Mehdi arasındakı görüşə vəliəhd şahzadə Məhəmməd bin Salman qatılmayıb. Şahzadə bin Salman ilə Misir səfəri əsnasında “sui-qəsd” iddiası ilə münasibətləri pisləşən Kral Salmanın oğlunu sildiyi bildirilir. İki aydır ki, ortalarda görünməyən şahzadə bin Salmanın öldürülmə ehtimalı ölkə mətbuatında danışılır.
 
 Səudiyyə Ərəbistanının kralı Salman ilə İraq baş naziri Mehdi arasında Ər-Riyadda 13 əməkdaşlıq sazişinin imzalandığı mərasimə vəliəhd şahzadənin qatılmadığı müşahidə edilib. Misir səfəri zamanı Kral Salman ilə oğlu vəliəhd Məhəmməd arasında baş verən gərginliyin mətbuata əks olunmasından sonra vəliəhd şahzadə 2 aydır ictimaiyyət qarşısına çıxmır.
Kral Salman ilə oğlu vəliəhd şahzadə arasındakı böhranın qığılcımı kralın Misirdən qayıdarkən onu qarşılayanlar arasında oğlunun yer almaması ilə gün üzünə çıxdı.
İngilis “The Guardian” qəzeti vəliəhd şahzadə Məhəmməd bin Salmanın yüksək səviyyəli hökumət və diplomatik görüşlərə qatılmadığını və iqtisadi məsələlərdəki bəzi səlahiyyətlərinin əlindən alındığının iddia edildiyini yazmışdı. Vəliəhd şahzadə bin Salmanın, xüsusən iqtisadiyyat və maliyyə sahəsində qərarvermə səlahiyyəti də kral Salman tərəfindən əlindən alındığı irəli sürülmüşdü.
 
Şahzadə bin Salmandan iki aydır ki, xəbər alınmır
 
 Ata-oğul arasında baş verən böhranın mətbuata əks olunmasından sonra vəliəhd şahzadə bin Salmandan 2 aydır ki, xəbər alınmır.
Xarici lider və nümayəndə heyətlərin Ər-Riyada səfər etdiyi mərasimlərdə görünməyən şahzadə bin Salmanla atası kral Salman arasındakı böhranın davam etdiyi deyilir. Bəzi saray mənbələri kral Salmanın İstanbuldakı Səudiyyə Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının qətlindən sonra Səudiyyə rejiminə yönəlik ittihamları və təzyiqləri azaltmaq üçün oğlunu ictimaiyyətinin qarşısına çıxmasını qadağan etdiyini irəli sürərkən, bəzi mənbələr isə vəliəhd şahzadənin kralla məsləhətləşmədən verdiyi qərarların böyük təpki çəkdiyini iddia edib. Bu qərarların başında ABŞ və İsrail ilə olan yaxınlıq, Qətəri təcrid etmə, Yəmənlə müharibə və ölkədə xalqın təpkisinə baxmayaraq bəzi islahatları həyata keçirmək gəlir. Bundan başqa, vəliəhd şahzadənin Kəbənin üstünə çıxması da böyük təpkiyə səbəb olmuşdu.
Müxalifət.az