"Səudiyyə və Suriya Osmanlıdan qoparılıb..." - VİDEO

Səudiyyə Ərəbistanı İsraildən daha böyük bir problemdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli ilahiyyatçı Nurəddin Yıldız deyib.
“Bildiyimiz kimi, Səudiyyə Ərəbistanının bayrağında "Tovhid" kəliməsi və qılınc əks olunub. Sözdə imanı və cihadı təmsil edir. Lakin xəritəni planlaşdıranlar ingilislərdir. Dünyada aktiv cihad 100 ildir ki, həyata keçirilmir.
Bu gün dünyada biz müsəlmanların nüfuzu olduqca aşağıdır. Belə bir ortamda Səudiyyə İsraildən daha böyük problem olaraq ortaya çıxır. Mənfi iş gördüyündən dolayı deyil, var olduğundan dolayı".
İlahiyyatçı həmçinin bildirib ki, o zaman Osmanlıdan qoparılaraq İordaniya və Səudiyyə kimi formal islam dövlətləri yaradıldı.