Səudiyyə və BƏƏ Tunisdə çevriliş planlaşdırır

Baxış sayı:
7237

BƏƏ, S. Ərəbistanı və Misir seçkilərə hazırlaşan Tunisdə xalq dəstəyi ilə güclü olan Nahda Hərəkatını seçki prosesindən kənarda qoymaq və xaos yaratmaq istəyir. Misirdə Mursi hakimiyyətini çevrilişlə devirən iş adamı Naguib Sawaris, 19 noyabrda Kartaca Sarayını ziyarət edib. Noyabrın 27-dəki qonaq Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi olub. Dekabrın 5-də BƏƏ Tunisə yeni səfir təyin edib. Nahda-nı bağlamaq cəhdləri də var.
 
Nahda Hərəktının lideri Raşid Gannuşi-nin Tunisin Hammamet şəhərində təşkil edilən Bələdiyyə başçıları Milli Simpoziumunda ad vermədən etdiyi xəbərdarlıq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Misirin son dövrdə Tunisə yönəlik yaxın əlaqəsinin sorğulanmasına səbəb olub.
Nahda hərəkatının təşkil etdiyi simpoziumda çıxış edən Gannuşi-nin Tunisin demokratik quruluşunu müvəffəqiyyətsizliyə uğratmaya çalışan "yol kesicilərə" baxmayaraq hədəflərini reallaşdırmağa və demokratik prosesi tamamlamağa davam edəcəyinə diqqət çəkib. Gannuşi, "Hüququn hakim olduğu Tunisdə artıq xaosa yer yoxdur. Hər hansı bir siyasi kəsimin cinayətə bulaşmasına dair əlində qəti dəlillər olan məhkəməyə müraciət etsin" deyərək xaos planlarına da işarə edib. Gannuşi-nin adı çəkməməsinə baxmayaraq, "yol kəsiciləri" ifadəsi altında Tunisə qarışdırmağa yönəlik son dövrdə aktiv çalışan BƏƏ, Səudiyyə Ərəbistanı və Misirin fəaliyyətini nəzərdə tutur.
2019-cu ilin sonlarında planlaşdırılan prezident və parlament seçkiləri öncəsi Tunisi qarışdırmaq fəaliyyəti artır. Göründüyü kimi, Körfəz ölkələri 2010 Ərəb Baharı dövündən əvvəlki prezident El Baqi Kaid əs-Sibsiyə dəstəyi artırırlar. Bu dəstəyin ən əhəmiyyətli səbəbi, bölgədə Abu Dabi, Riyad və Qahirə üçlüyü tərəfindən qurulmaq istənən nizama qarşı, 2019-ci ildə Tunisdə keçiriləcək seçkilərdən çıxacaq Nahda iqtidarının güclü alternativini meydana gətirmə ehtimalıdır.
 Müxalifət.az