Səudiyyə və BƏƏ-nin BƏRZANİYƏ LOBBİÇİLİK FƏALİYYƏTİ – İFŞA OLUNDU

Kameralar qarşısında İKBY-nin qondarma referendumuna qarşı çıxan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin arxa planda lobbi fəaliyyəti yürütdüyü və sosial mediada işlər gördüyü ortaya çıxıb.
 
Məsud Barzaninin keçirdiyi qondarma referenduma ən başından bəri tam dəstək verən İsraillə yanaşı, son məlumatlara görə, Səudiyyə Ərəbistanı və BƏƏ-nin də bu işin içində olduğu təsbit edilib.
Məsud Barzani rəhbərliyindəki IKBY ötən günlərdə qondarma müstəqillik referendumu üçün İsrailin də tam dəstəyini alaraq hərəkətə keçmişdi.
Türkiyə və İraq başda olmaqla, dünya ictimaiyyətinin etirazlarını qulaqardına vuran IKBY, İsraildən aldığı dəstəklə sözdə müstəqilliyi elan etməyə hazırlaşırdı.
“Middle East Eye” saytının xəbərinə görə, kameralar qarşısında İraqın bütövlüyünü dəstəkləyən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin arxa planda IKBY üçün lobbi fəaliyyəti yürütdüyü ortaya çıxıb.
 
 ƏNVƏR AŞKİ VƏ FƏALİYYƏTİ
 
Sabiq Səudiyyə generalı olan və hazırda strateq olaraq çalışan Ənvər Aşki qanunsuz referendum prosesində Rusiya media orqanı olan Sputnik-ə verdiyi müsahibədə ölkəsinin IKBY-nin qərarlarının arxasında olduğunu bildirib.
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Selmanın müşaviri kimi də çalışan Ənvər Aşkinin 2 il əvvələ aid bəzi görüntülərinin üzə çıxması bölgənin necə xaosa sürükləndiyini göstərir.
Ortaya çıxan görüntülərdə 2015 ildə İsrailə səfər edən Ənvər Aşki, İsrailli rəsmilərlə keçirilən toplantıda çox mühüm bəyanatlar verir. Aşki, Afrika və Ərəb ölkələri arasında bir körpü qurulmasının lazım olduğunu bildirərək, bunun üçün lazım olanları sadalayır:
Əvvəla, İsrail və Ərəblərin barışıq əldə etməyə ehtiyaclarının olduğunu söyləyən Aşki, İranda rejim dəyişikliyi, Yəməndə sülh, Demokratik üsulları maddə maddə sıralayıb, son olaraq da "Böyük Kürdüstanın qurulması" ifadələrinə yer verir.
Eyni zamanda, Ənvər Aşki müstəqillik referendumu prosesində Twitter hesabı üzərindən etdiyi açıqlamada, "IKBY-nin müstəqilliyi İranın Qəzvindən Suriya və Livana çatmasının qarşısını alacaq" deyərək bu yöndə mövqeyini dəqiq olaraq ortaya qoyur.
 
BƏƏ VƏ İKİ ADAMI
 
 Kameralar önündə IKBY-nin müstəqilliyinə qarşı çıxan, ancaq arxa planda lobbi fəaliyyəti sürdürən digər bir ölkə isə Birləşmiş Ərəb Əmirlikləridir. Birləşmiş Ərəb Əmirliklərinin davranışı isə proses içərisində getdikcə daha dəqiq ortaya çıxır.
Birləşmiş Ərəb Əmirlikləri adına IKBY-nə referendum dəstəyi verən və sosial mediada yayan iki ad önə çıxır: İbtisam al Ketbi və Abdulhak əl Xaliq
IKBY-nin referendum prosesi daxilində BƏƏ-nin Ərbil elçisi Mənsuri seçki mərkəzlərinə səfər edərək ölkəsinin mövqeyi haqqında dəqiq bir mesaj vermişdi.
Eyni zamanda, İbtisam əl Ketbi ölkəsi BƏƏ-nin IKBY-nin müstəqilliyini elan etməsindən dərhal sonra tanıyacaqlarını bəyan etmişdi.
“Middle East Eye” də yer alan xəbərə görə, Bərzaninin oğlu Mansur referendum seçkilərindən tam bir ay əvvəl BƏƏ-nə gizli bir səfər gerçəkləşdirərək, İbtisam əl Ketbi və BƏƏ rəsmiləri ilə görüşüb, tərəflər arasında razılıq imzalanıb.
BƏƏ-nin digər bir önəmli adamı isə Abdulhak əl Xaliq. Twitter hesabından fəal istifadə edən Abdulhak əl Xaliq BƏƏ-də siyasət professoru və eyni zamanda ölkə rəhbərliyinə yaxın bir şəxsdir.
Türkiyə düşmənçiliyi də tanınan Abdulhak əl Xaliq sosial media hesabında verdiyi bəyanatlarda bir çox dəfə IKBY-nin müstəqilliyinə dəstək verdiyini açıqlamışdı.

Abdulhak əl Xaliqin sosial şəbəkədə ən diqqət çəkən paylaşımı isə Türkiyə torpaqlarının da IKBY sərhədlərinə daxil edildiyi "Böyük Kürdüstan xəritəsi"dir. 30 milyonluq Kürd xalqının illər sonra dövlət qurmasının demokratik hüququ olduğunu bildirən Abdulhak, Türkiyəni də işğalçı qüvvə kimi təsvir edir.
Müxalifət.az