Səudiyyə və BƏƏ-dən təhlükəli addım: Türkiyənin əməliyyat hazırlıqları ərəfəsində…

Baxış sayı:
5248

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının Suriyanın şimal-şərqindəki PKK/YPG işğalında olan bölgəyə əsgər göndərdiyi iddia edilib. İki Körfəz ölkəsindən işğal olunmuş bölgəyə göndərilən əsgərlərin ABŞ rəhbərliyindəki Beynəlxalq Koalisiya çətiri altında olduğu qeyd olunub. Əsgərlərin sayı haqqında məlumat verilmir. Türkiyənin Fəratın şərqinə hərəkata hazırlandığı bir dövrdə, sözügedən iddianın gündəmə gəlməsi, Türkiyə ilə Ərəb ölkələrini qarşı-qarşıya gətirmə hədəfinin də müzakirə edildiyini göstərir.
 
Aprel ayında, Amerikanın “Wall Street Journal” qəzeti, Vaşinqtonda Suriyanın şimal-şərqinə Amerikan əsgərlərinin əvəzinə, bir "Ərəb gücünün" yerləşdirilməsinin müzakirə edildiyini gündəmə gətirmişdi. Xəbərə görə, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir ordusundan ibarət hərbi qüvvələr Fəratın şərqində Amerikan əsgərlərinin yerini alacaqdı.
Səudiyyənin xarici işlər naziri Adil Səid İbni Cübeyr də o dövr etdiyi açıqlama ilə, "Təklif gələrsə, geniş miqyaslı bir koalisiya çərçivəsində Suriyaya əsgər göndərməyə hazır olduqlarını" bildirərək iddiaları təsdiq etmişdi. Səudiyyə və BƏƏ əsgərlərinin PKK/YPG işğalı altındakı bölgəyə göndərilməsi iddiası, "Ərəb gücü" planının dövrəyə soxulması kimi qiymətləndirilib.
 
ƏSƏD İLƏ ƏMƏKDAŞLIQ
 
Son dövrdəki hadisələr Səudiyyə Ərəbistanı və BƏƏ-nin Suriyada iş bölümünə getdiyi işarələrini gücləndirir. Bu işarələrdən biri, Ər-Riyadın PKK işğalındakı bölgələrə "yenidən inşa" adı altında yüz milyonlarla dollar göndərməsidir. İkinci hadisə isə, Abu Dabinin Əsəd rejimi ilə yenidən diplomatik münasibətləri bərpa etmək və əməkdaşlığı inkişaf etdirmək üçün geniş danışıqlar apardığının mediaya sızmasıdır. İddialar arasında BƏƏ-nin Dəməşq səfirliyini yaxın zamanda yenidən açacağı da yer alırdı. BƏƏ-nin, Əsəd rejimini qurulacaq "Ərəb NATO"-suna daxil etmək istədiyi də iddialar arasındadır.

Müxalifət.az