Səudiyyə və BƏƏ-dən ABŞ-a böyük ödəmə

Baxış sayı:
4570

Yəməndə keçirilən əməliyyatlara Amerika Birləşmiş Ştatlarının verdiyi yanacaq dəstəyi mövzusunda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərlik etdiyi koalisiyanın ilk ödəməyi etdiyi açıqlanıb.
 
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Rebecca Rebarich mövzu ilə bağlı etdiyi açıqlamada, "Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya səhv hesablamaya görə aparılan təbliğatdan sonra əlavə yanacaq doldurma xərclərinə dair ilk ödəməni aldıq", - deyə bildirib.
 
299 milyon dolları götürəcəyik
 
Geri ödəmə prosesinin davam etdiyini qeyd edən Rebarich, “Yanacaq, doldurma və uçuş saatları üçün təxminən 299 milyon dollar olaraq yeni ciddi yoxlama aparılan xərclərin əvəzini tam olaraq almağı gözləyirik”, - deyib.
Sözçü verilən miqdarın nə qədər olduğuna dair detalları açıqlamaqdan çəkinib.
Qeyd edək ki, Pentaqon Yəməndəki Husi hərəkatına qarşı yaradılan Ərəb Koalisiya təyyarələrinə verdiyi havada yanacaq dəstəyi üçün qiymətləndirmədə səhvi edildiyini bildirərək, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) əlavə olaraq 331 milyon dollar daha ödəməsini istəmişdi.
Aparılan təkrar hesablamalarda bu rəqəm 299 milyon dollar olaraq müəyyənləşmişdi.
ABŞ Ərəb Koalisiyasına Yəməndəki hərəkatlarda təmin etdiyi yanacaq doldurmasını keçən il noyabr ayında dayandırmışdı.
Pentaqonun 2015-in mart ayından ötən il noyabr ayına qədər yaranan əlavə borcların ödəməsini gözlədiyi ifadə edilmişdi.

Müxalifət.az