​Səudiyyə Suriyanın vurulmasını tam dəstəkləyir - AÇIQLAMA

Baxış sayı:
2752

Səudiyyə Ərəbistanı ABŞ, Britaniya və Fransa tərəfindən Suriyaya qarşı təşkil olunan hərbi əməliyyata tam dəstək verdiyini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Açıqlamada Əsəd rejiminə aid qüvvələrin neçə ildən bəri Suriya xalqına qarşı amansız qətliamlar törətdiyi və sözügedən hücumun bu zülmlərə qarşı olduğu vurğulanıb. Suriyada hərbi əməliyyatların keçirilməsinə Əsəd rejiminin səbəb olduğu da qeyd edilib.