Səudiyyə Əsəd rejimi ilə münasibətlər qurur

Baxış sayı:
5782

Livanın “Cümhuriyyət” qəzetinin bəzi mənbələrə əsaslanaraq verdiyi xəbərdə, Suriya kəşfiyyatının şefi Məmlük Ər-Riyad rəhbərliyi ilə əlaqələrində yeni bir dövrə zəmin hazırlamaq üçün bir neçə gün öncə Səudiyyə Ərəbistanına sürpriz bir ziyarət həyata keçirdiyi önə sürülüb.
 
 Səudiyyə Ərəbistanı ilə Bəşşar Əsəd rejimi arasında diplomatik əlaqələrin yenidən başlanmasının an məsələsi olduğuna toxunulan xəbərdə, Səudiyyə Ərəbistanının strateji bir dönüş etməyə hazırlandığı ifadə edilib.
Bu arada Ərəb mətbuatı rejimin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Əli Məmlük-un səfər çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşmüş ola biləcəyini də yazıb.
Müxalifət.az