"Səudiyyə şahzadəsinin Qaşıqçı cinayətində əlinin olduğunu görməmək korluqdur" - SENATOR QREHEMDƏN MƏQALƏ

Baxış sayı:
5272

ABŞ-ın Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehem, Səudiyyə Ərəbistanı ilə bağlı bir məqalə qələmə alıb.
 
Senator Qrehem Amerikanın “Wall Street Journal” qəzetində dərc olunan "Konqres Səudiyyəyə qarşı mövqeyini sərtləşdirir" başlıqlı məqaləsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı tənqid və prosesi şərh edib:
“Səudiyyə rejiminin Camal Qaşıqçı cinayəti, Yəməndəki məsuliyyətsiz hərbi əməliyyatı, Qətərə qarşı embarqosu və Livan baş nazirini vəzifədən almaqla bağlı ağlasığmaz addımları beynəlxalq normaları heçə saydığını göstərir. Bu fəaliyyətləri vəliəhd şahzadə Məhəmməd ibn Salmanın Səudiyyə Ərəbistanını Orta Şərqdə sabitlik mənbəyi edirsə, onda qeyri sabitləşdirici davranış necə olur görəsən, maraq edirəm".
ABŞ Senatının keçən həftə Yəməndə Səudiyyə rəhbərliyindəki əməliyyatlara Amerika ordusunun dəstəyinin dayandırılması haqqında bir qanun layihəsini səsvermə üçün baş assambleyaya göndərdiyini xatırladan Qrehem, xarici işlər naziri Mayk Pompeonun bu addımın ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı ittifaqa zərər verəcəyini və İranı gücləndirəcəyini ifadə etməsinə baxmayaraq, 63 senatorun layihəyə dəstək verdiyini bildirib.
Qrehem Konqresin Səudiyyə Ərəbistanın son zamanlardakı davranışlarının qəbul edilməz olduğunu bildirib. Özünün də Səudiyyə rejimini illərlə dəstəklədiyini və Səudiyyə Ərəbistanının ABŞ üçün strateji əhəmiyyətə sahib olduğu məsələsində ABŞ prezidenti Donald Trampa qatıldığını dilə gətirən Qrehem, Ər-Riyaddan sivil normaların pozulmamasını tələb etməyin çox şey istəmək olmadığını və bir jurnalistin diplomatik bir məqamda öldürülməsinin vəhşicəsinə olduğunu vurğulayıb.
İran rejimini də Nasistlərə bənzədən Qrehem, İranın nüvə silahı əldə etmə hədəflərinə və Yəməndə Husilərə raket dəstəyi təmin etməsinə diqqəti çəkib. Qrehem Yəməndəki humanitar böhranda İranın da əlinin çirkli olduğunu qeyd edərək belə davam edib:
“Ancaq nəzarət edilməzsə, Səudiyyənin son zamanlardakı davranışı, Səudiyyə Ərəbistanı ilə Orta Şərqdəki digər müttəfiqlərimizlə münasibətlərin pozulması vasitəsilə İrana yardım etmiş olacaqdır. Livan, İordaniya və digərləri ABŞ-ın vəliəhd şahzadənin şıltaqlıqlarına boyun əyməyəcəyi barədə təminat istəyirlər. O, ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri üçün zərərlidir".
 
“QAŞIQÇI CİNAYƏTİNDƏ ŞAHZADƏNİN ROLUNU İNKAR ETMƏK KORLUQDUR”
 
Bundan başqa, ABŞ kəşfiyyatının Qaşıqçı cinayətinə dair dəlillərinə işarə edən Qrehem, “Vəliəhd şahzadənin cinayətə daxil olduğunu inkar etmək niyyəti bir korluqdur” deyib.
Vəliəhd şahzadə bin Salmana lazımi cavab verilmədiyi təqdirdə dünyadakı avtoritar rejimlərə müxaliflərini öldürmələri üçün yaşıl işıq yandırma anlamına gələcəyini qeyd edən Qrehem, "Çörçillin ifadəsi ilə səssiz qalmaq sadəcə, ABŞ-ın bir mənfəəti olduğuna dair narahat edici bir görüntü vermir, eyni zamanda bu qiymətin olduqca ucuz olduğunu göstərir" deyə yazıb.
ABŞ-ın İrana və terrorizmə qarşı Səudiyyə Ərəbistanını qoruduğunu qeyd edən Qrehem, "Səudiyyənin terrorizm və İrana qarşı ABŞ ilə əməkdaşlıq etməyi dayandıracağı qorxusu rasional deyil. Bu təhdidlər Amerikaya olduğu qədər Səudiyyə üçün də təhlükədir" deyib.
Müxalifət.az