Səudiyyə şahzadəsindən İRAN LİDERİNƏ ŞOK BƏNZƏTMƏ
24-11-2017 12:21

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, “New York Times”a verdiyi müsahibədə İran dini lideri Xamneyini əli qanlı faşist diktator Hitlerə bənzədib.
"Mötədil İslama keçirik” deyən Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, “New York Times”a müsahibə verib. Müsahibədə ABŞ tərəfdarı olan Şahzadənin hədəfində İran və dini lideri Əli Xamneyi olub.
Məhəmməd bin Salman, Ayətullah Əli Xamneyi rəhbərliyindəki İranın genişlənməsilə üzləşməsi lazım olduğunu söyləyib.
İRANDAKI YENİ HİTLER
Vəliəhd Şahzadə, Xamneyi üçün “Avropadan öyrəndiyimiz “güzəştə getmək” kimi dəyərlər işə yaramır. İrandakı yeni Hitlerin Avropada olanları Yaxın Şərqdə də təkrar etməsini istəmirik” deyə, fikir bildirib.
Müxalifət.az