Səudiyyə şahzadəsinə sui-qəsd olundu

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səuda qarşı sui-qəsd təşkil olunub.
 
Bu barədə Ərəbistan mətbuatı informasiya yayıb.
Məlumata görə, sui-qəsdi çoxsaylı Səudiyyə şahzadələrindən biri təşkil edib. Sui-qəsd nəticəsində şahzadə xəsarət almayıb. Sui-qəsdi təşkil edən şəxs zərərsizləşdirilib. Hadisənin təfərrüatları açıqlanmasa da, hazırda şahzadənin həyatı üçün bir təhlükə olmadığı açıqlanıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudun qarşıdakı 5 ay ərzində taxtı oğlu, vəliəhd şahzadə Məhəmməd ibn Salmana verməsi gözlənilir.