Səudiyyə şahzadəsinə şok: SENAT QƏBUL ETDİ

Baxış sayı:
3694

ABŞ Senatı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətindən məsul tutan qanun layihəsini qəbul edib.
 
Senatda şahzadə bin Salmanı Qaşıqçı-nın öldürülməsindən məsul tutan və pisləyən qətnamə qəbul olunub. Senator Bobcrocker tərəfindən hazırlanan qətnamədə "Senat şahzadə Məhəmməd İbn Salmanın Camal Qaşıqçı cinayətindən məsul olduğuna inanır" ifadəsi yer alıb və Səudiyyə Ərəbistanı hökumətinə cinayətə uyğun tədbirləri alması barədə müraciət edilib.
Senatda 38 nəfər əleyhinə, 57 nəfər lehinə olmaqla ABŞ-ın Səudiyyə Ərəbistanının Yəməndə apardığı hərbi hərəkata dəstəyi dayandıran təklif qəbul də edilib.
ABŞ prezidenti Donald Trampın MKİ hesabatına baxmayaraq Səudiyyə Ərəbistanına verdiyi dəstəyə qarşı ən geniş cavab xarakteri daşıyan səsvermənin nəticəsi Nümayəndələr Palatasında olan Respublikaçılar tərəfindən bu il səsverməyə çıxarılmasının qarşısı alındığı üçün təsirli olmayacaq. Ancaq bu qərarın Respublikaçıların əksəriyyətdə olduğu Senatdan keçməsi və keçərkən Trampın partiyasından də havadar tapması böyük əhəmiyyət daşıyır.
Müxalifət.az