Səudiyyə şahzadəsinə pis xəbər: ABŞ “Qaşıqçı” qətlinin arxasında bin Salmanın olduğuna əmin oldu

Baxış sayı:
7462

 “New York Times” qəzeti, ABŞ kəşfiyyat rəsmilərinin jurnalist Camal Qaşıqçı-nın "öldürülməsində” Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rolu olduğuna inandığını yazıb.
 
“New York Times”, Amerikalı kəşfiyyat rəsmilərinə əsaslandırdığı xəbərində, şahzadə Məhəmmədin Qaşıqçı hadisəsində "barmağının olduğunu" iddia edib.
Xəbərdə, Amerikalı və Avropalı xüsusi xidmət orqanlarının hələ dəqiq sübutlar toplaya bilmədiyini və vəliəhd şahzadənin Qaşıqçı-nın "öldürülməsini" və ya qaçırılıb, Səudiyyə Ərəbistanına aparılmasını əmr verib, vermədiyi nəticəsinə gələ bilmədiyi, ancaq əllərində getdikcə artan ikinci dərəcəli dəlillər olduğu bildirilib.
Rəsmi şəxslər, şahzadə Məhəmmədin təhlükəsizlik xidmətləri üzərindəki tam hakimiyyəti nəzərə alındıqda, ondan xəbərsiz demək olar ki, heç bir əməliyyatın yaranma ehtimalının olmadığını vurğulayıb.
Xəbərdə, Amerika xüsusi xidmət orqanlarının şahzadə Məhəmməd haqqında bir dəyərləndirməni ABŞ prezidenti Donald Trampa təqdim etməyə hazırlaşdığı bildirilib.
ABŞ xarici işlər naziri Mayk Pompeonun Qaşıqçı hadisəsinə "diplomatik həll tapmaq istəyən" Səudiyyə Ərəbistanı səfəri isə xəbərdə adı açıqlanmayan şəxs tərəfindən "fəlakət" kimi səciyyələndirilib.
Görüşə dair məlumatlı bir səlahiyyətli də səfər zamanı Pompeonun şahzadə Məhəmməddən izahat istədiyini, vəliəhd şahzadənin isə iddiaları rədd etdiyini deyib.
Başqa bir səlahiyyətli isə Pompeonun, şahzadə Məhəmmədin Camal Qaşıqçı-nın aqibətindən xəbəri olmasa da, Səudiyyə Ərəbistanının beynəlxalq bir təpki ilə qarşılaşmaması üçün krallığa yardım etmə məsuliyyətini almasını istədiyini qeyd edib.
Müxalifət.az