Səudiyyə Şahzadəsi MƏHBUSLARLA ANLAŞDI: 800 MİLYARD DOLLARLIQ “QƏNİMƏT”

Səudiyyənin Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, məhbus şahzadələrə təklif edilən sərvətdən imtina etdirəcək varlıq müqaviləsini qəbul etdiklərini açıqlayıb.
 
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, korrupsiya araşdırması adı altında həyata keçirdiyi "taxt oyunları" əməliyyatında nəzarətə alınan təxminən 200 şahzadə, nazir, keçmiş dövlət məmurları və iş adamlarından əksəriyyətinin mal varlıqlarını dövlətə təhvil vermələri müqabilində sərbəst qalma müqaviləsini qəbul etdiyini deyib.
 
800 MİLYARD DOLLARLIQ "QƏNİMƏT”

Şahzadə Məhəmməd, hökumətin müqavilə yolu ilə təxminən 800 milyard dollarlıq qanunsuz pulu geri alacaqlarını təxmin edib.
Hökumət, iki həftə əvvəl əməliyyat çərçivəsində 208 nəfərin sorğu-sual olunduğunu və yeddi nəfərin sərbəst buraxıldığını söyləmişdi. Mühakiməsi davam edən onlarca şahzadə, yüksək səviyyəli səlahiyyətli və iş adamının ər-Riyaddakı “Rits Karlton” otelində tutulduğu güman edilir.
İstintaq zamanı 2000-dən çox bank hesabının dondurulmasının iqtisadiyyata zərər verə biləcəyi əndişəsi vardır. Ancaq hökumət, nəzarətə alınan iş adamlarının şirkətlərinin normal şəkildə işləməyə davam edəcəyini vurğulayır.
Şahzadə Məhəmməd, "Mütəxəssislərimiz, bu prosesdə heç bir müəssisənin iflas etməməsinə diqqət edir" deyib. Əməliyyatla dövlətdəki gücünü artırmağı qarşısına məqsəd qoyduğu iddialarını rədd edən və nəzarətindəki şəxslərin özünə və islahatlarına bağlılıq sözü vermiş olduğunu bildirən Şahzadə, kral ailəsinin əksəriyyətinin öz arxasında olduğunu qeyd edib.

Müxalifət.az