Səudiyyə Şahzadəsi ABŞ-la anlaşdı: 4 İYULDA KRAL OLACAQ

Baxış sayı:
3052

Ölkəsində keçiriləcək islahatları əvvəlcədən xəbər verərək Səudiyyə Ərəbistanlı sosial media fenomeni Müctəhid, indi də Vəliəhd Şahzadə Məhəmməd bin Salman və Trampın kürəkəni Kuşnerın razılaşdığını, Kral Salmanın yaxın aylarda taxtdan imtina edəcəyini və bin Salmanın taxta oturacağını iddia edib.
 
Səudiyyə Ərəbistanın çox danışılan və təsir gücü çox yüksək olan sosial media “qəhrəmanı” Müctəhid twitter hesabından yeni iddia ilə çıxış edib.
Səudiyyə Ərəbistanlı twitter fenomeni Müctəhid, vəliəhd şahzadə Məhəmməd bin Salmana yaxın şəxslərin verdiyi məlumata söykənərək, 4 iyul 2018-ci il tarixinə qədər Kral Salman bin Abdulazizin taxtdan imtina edəcəyini və şahzadənin Səudiyyə Ərəbistanın yeni kralı olacağını iddia edib.
Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın taxta keçmə hazırlığında olduğunu irəli sürən Twitter fenomeni, "Qarşıdakı üç ay ərzində bin Salmanın Səudiyyə Ərəbistanına Kral olması gözlənilir" deyə, bildirib.
Müctəhid adlı istifadəçi, vəliəhd şahzadə Məhəmməd ibn Salmanın, ABŞ prezidenti Donald Tramp və kürəkəni Jared Kuşner ilə keçirdiyi görüşlərdə 4 iyul 2018 tarixinə qədər Kral olacağı məsələsində razılaşdığını və bu tarixin xüsusi bir səbəbinin olduğunu yazıb. Müctəhid, "bu məlumatları verən gizli şəxslərin nə üçün bu tarixin seçildiyini demədiyini" bildirib.
Müxalifət.az