“Səudiyyə rəhbərliyi məni də qaçırmaq istədi” – Səudiyyə Şahzadəsi

Baxış sayı:
4342

 Almaniyada yaşayan Səudiyyə Ərəbistanının şahzadəsi Xalid bin Farhan əl Səud, ölkə rəhbərliyinin onu da qaçırmaq istədiyini, ancaq uğursuz olduğunu deyib.
 
Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşməsi ilə bağlı Alman Xəbər Agentliyi “DPA”-ya açıqlama verən Səudiyyə şahzadəsi Xalid bin Farhan əl Səud, Səudiyyə Ərəbistanı hökumətinin ona da bir tələ quraraq qaçırmaq istədiyini irəli sürüb.
 
Bir tələ olduğunu başa düşdüm
 
Səudiyyə şahzadəsi, Qaşıqçı-nın itkin düşməsindən bir neçə gün öncə Qahirədə yaşayan bir qohumunun ona xəbər yolladığını və yazılı bir pul çekinin olduğunu bildirərək, "Qohumum mənə bu çekin maliyyə durumuma kömək olmaq üçün hazırlandığını dedi. Ancaq bunu almağım üçün Qahirədəki səfirliyə getməyim lazım gələcəkdi. Bunun bir tələ olduğunu başa düşdüm “ deyə söyləyib.
Şahzadə, bunu etdiyi təqdirdə qaçırılacağını və Qaşıqçı-nın başına gələnlərin ona da tətbiq olunacağından şübhəsi olmadığını da vurğulayıb.
DPA, Səudiyyə Ərəbistanı səfirliyinin məsələ ilə bağlı iddialara hələ cavab vermədiyini bildirib.
DPA bundan başqa, Alman Dövlət Təhlükəsizlik Orqanlarının əl Səud və ailəsinə qarşı hədələr olduğunu təsdiqlədiyini, Səudiyyə Ərəbistanının şahzadənin qaytarılması üçün Almaniyaya müraciət etdiyini yazıb.
Müxalifət.az