“Səudiyyə rəhbərliyi Məkkədən UTANSIN” – KRALIN NƏVƏSİ

Baxış sayı:
6250

İraqın ilk kralı Faysal əl-Haşiminin nəvəsi Nəsrin əl-Haşimi, Trampın Qüds qərarı üçün "Bu müharibə elanıdır" - deyib. Nəsrin Haşimi, Trampa yaşıl işıq yandıran ər-Riyada da çağırış edib: “İsraillə apardıqları gizli anlaşmaları açıqlamaları lazımdır. Səudiyyə Ərəbistanındakı rəhbərlərin müqəddəs yerlərdən, Məkkə və Mədinədən heç utanmaları yoxdur”?
 
İraqın ilk kralı Faysal əl-Haşiminin nəvəsi Nəsrin əl-Haşimi, Trampın Qüds qərarı üçün "Bu müharibə elanıdır. Tramp etdiyi bəyanla sülhü qətlə yetirdi" deyib. Haşimi Səudiyyə Ərəbistanı üçün də "İsraillə apardıqları gizli müqavilələri açıqlamaları lazımdır. Səudiyyə Ərəbistandakı rəhbərlərin hakimi olduqları müqəddəs yerlərdən, Məkkə və Mədinədən heç utanmaları yoxdur"? deyə, söyləyib.
Trampın Qüds qərarına görə çox məyus olduğunu deyən Haşimi, ABŞ prezidentinin açıqlama verdiyi gecə demək olar ki, heç yatmadığını və ağladığını qeyd edərək yasda olduğu üçün qara geyindiyini də əlavə edib.
 
TRUMP HANSI SƏLAHİYYƏTLƏ BU QƏRARI VERİR
 
Qüdsün İsrailin paytaxtı olması qərarını Trampın verməyə səlahiyyətli olmadığını deyən Nəsrin əl-Haşimi, "Bəyan etdikləri bu qərarla sülhü qətlə yetirdilər. Qüdsdə Məscid-i Əqsa var, Qiyamət Kilsəsi var, bunlar yan-yanadır, ayıra bilməzsiniz. Qüds məsələsi sadəcə, Qüds məsələsi deyil. Bu, bütün İslam dünyasını və Ərəblərin hamısını maraqlandıran bir məsələdir. Peyğəmbərimiz Muhəmməd və İsa Əleyhissalam da burada idi. Ora Allaha aid bir ərazidir. Artıq biz Qüdsü qorumuruq deyə, Qüdsü Allah qoruyacaq. Peyğəmbərimizin babası Abdulmuttalip necə "Kəbəni Rəbbi qoruyur dediyi kimi, biz də “Allah Qüdsü qoruyacaqdır” deyirik və Əbabil quşlarını gözləyirik" deyib.
Yaxın Şərqdə yeni bir işğalın olduğunu bildirən Haşimi, "Amerika və İngiltərə nə edir? İraqda və Suriyada baş verənlər eynidir. Yeni bir müstəmləkə, yeni bir işğal layihəsi bunlar" sözləri ilə Yaxın Şərqin mövcud vəziyyətini qiymətləndirib. Türkiyədən güclü və məsələyə hakim bir mövqe gözlədiyini ifadə edən Haşimi, Ərəb ölkələrinin xalqlarının küçəyə çıxacağını və bunun Ərəb liderlərini hərəkətə keçirməsinə ümid etdiyini deyib.
 Haşimi Misirin çevrilişçi prezidenti Sisi üçün də "Sisi, 1967-ci il müharibəsindəki şəhidlərə və üzərindəki hərbi formaya hörmət etsin və o da hərəkətə keçsin. Misirin də Fələstin torpaqları üçün hərəkətə keçməsini istəyən Haşimi, “Allah Misir rəhbərlərinə hidayət versin”, sözləri ilə Sisinin satıldığına işarə edib.
Müxalifət.az