​Səudiyyə Ərəbistanının rəsmi nəşri PKK terrorçusundan müsahibə alıb – növbəti arxadan zərbənin hədəfi Türkiyə oldu

Baxış sayı:
3653

Muxalifət.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ukaz” qəzeti “PKK-nın xarici işlər naziri” adlandırdığı şəxslə uzun bir müsahibəni dərc edib, terrorçu Rza Altunu həm də “Abdulla Öcalanın Suriyada qaldığı dövrdəki dostlarından biri” deyə adlandırıb.
Müsahibəni alan jurnalist Abdulla əl Qadvi qondarma “nazir” ilə bu görüşü bir “fürsət” adlandırıb və yazıb: “Bir jurnalist olaraq, terrorçu kimi qələmə verilən və türk dövlətinin axtarışda olanlar siyahısına düşmüş bir şəxs ilə görüşmək mənim üçün bir şansdır”.
Müsahibənin təqribən üç ay bundan əvvəl İraqın şimalındakı Kandil dağı ərazisində alındığı yazılır.
PKK terrorçusu Altun PKK/PYD-nin ABŞ və Rusiya ilə münasibəti barəsində danışarkən deyib: “Siyasi cəhətdən ABŞ ilə düşüncələrimiz fərqlidir”.
Qeyd edək ki, körfəz ölkələrinin xarici işlər nazirləri 2016-cı il oktyabrın 13-də, Mövlud Çavuşoğlu ilə keçirdikləri görüş zamanı, PKK və digər terror təşkilatlarının Türkiyəyə qarşı hücumlarını qınayaraq, Türkiyənin özünü müdafiə hüququnu dəstəklədiklərini bildirmişdilər