Səudiyyə Ərəbistanının “Jizan” Hava limanına hücum!

Baxış sayı:
181

Son dəqiqə xəbərinə görə, Yəməndəki Husi güclərinin hərbi sözçüsü Husilərin Səudiyyə Ərəbistanının “Jizan” Hava limanına pilotsuz hava uçaqları ilə (İHA) ilə hücum etdiklərini bəyan edib.
 
Husilərin hərbi sözçüsü Yəhya Saria tərəfindən Facebook-da edilən açıqlamada, təşkil edilən hücumdan sonra hava limanında fəaliyyətin pozulduğu və əməliyyat axsaqlıqlarının yaşandığını iddia edib.
Hadisə ilə bağlı Səudiyyə Ərəbistanından hər hansı bir açıqlama edilməyib.
Qeyd edək ki, ötən çərşənbə axşamı Yəməndə Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya gücləri Səudiyyə Ərəbistanının Jizan və Abha şəhərlərini hədəf alan Husilərə aid 3 İHA-nı vurduqlarını bəyan etmişdi.
Müxalifət.az