Səudiyyə Ərəbistanının açıqlamasındakı cavabsız suallar!

Baxış sayı:
214

Dünən Səudiyyə Ərəbistanının Baş Prokurorluğu tərəfindən Camal Qaşıqçı cinayəti haqqında edilən açıqlama dünyada böyük səs gətirdi. Ancaq açıqlamalardakı ziddiyətli məqamlarıı nəzərə aldıqda, ağıllarda bir çox cavabsız sual işarələri yarandı.
 
Cavabsız qalan və ilk ağla gələn o suallar:
-Cəsədin konsulluqdan çıxarıldığı məlumatına malik olmalarına baxmayaraq, Camal Qaşıqçı-nın cəsədinin harada olduğu, niyə açıqlanmadı?
-Səudiyyədən gələn qrupun jurnalisti öldürməyə deyil, Səudiyyə Ərəbistanına qayıtrmağa inandırmaq üçün gəldiyi qeyd olunub, amma qrup daxilində ölkənin bir nömrəli cəsədlərin yarılması və ekspertizası ilə məşğul olan mütəxəssis nə səbəbə qrupla bərabər gəldi?
-Bəyanatda "cəsəd parçalanıb" deyildi, bəs inandırmaq üçün gələn qrup "cəsədin parçalanması" üçün lazımi alətlər və "ölüm dərmanı" niyə gətirildi?
-Bəyanatlarda 11 nəfərə cinayət işi açıldığı və 5 nəfərin edamla mühakimə olunacağı deyilib. Amma Səudiyyə Baş Prokurorluğu bu adamların nə adını açıqladı, nə də özlərinə isnad edilən cinayətə dair bir məlumat verdi.
-Cinayətin ortaya çıxmasından sonra, “Reuters” xəbər agentliyinə konsulluğun qapılarını açıb şkafların içini göstərərək "baxın Qaşıqçı burada deyil" deyər kimi gülməli fotolar verən və Türkiyədən qaçan baş konsula istintaq açıldımı?
-Qrup içində yer alan Səudiyyə kəşfiyyatçılar niyə gəldi? Bu adamlar bəhs edilən yerli işbirlikçi ilə nə vaxt, harada, necə təmas qurdu və iddiaya görə cəsədi niyə ona verdi?
-Konsulluqdakı kameraların bağlanması və ya pozulması qərarını kim verdi? Yerli işbirlikçiyə dair görüntülər və məlumatlar Türkiyə ilə niyə bölüşülmədi, ya da o da öldürüldü?
-Və bəlkə də ən əhəmiyyətli iki sual. Səudiyyə Ərəbistanı niyə bir beynəlxalq istintaq fikrinə qarşı çıxır? (Dünən Xarici İşlər Naziri Adil el-Cubeyr, məsələnin hüquqi bir hal olduğunu, siyasiləşdirilməməsi lazım olduğunu söyləmiş və Qaşıqçı işinin beynəlxalq səviyyəyə çıxmasının yolverilməz olduğunu bildirmişdi). Və bu qətl üçün nəyə görə məhz Türkiyədəki bir baş konsulluq seçilib?
Müxalifət.az