Səudiyyə Ərəbistanını bu qış şaxtalar gözləyir
23-11-2017 22:41

Səudiyyə Ərəbistanını bu il çox sərt qış gözləyir.
Muxalifet.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, yerli sinoptiklər bildiriblər ki, ölkədə temperatur mənfi beş dərəcəyə qədər düşə bilər.
Krallığın meteoroloji xidməti havaların daha çox ölkənin şimalında sərt keçəcəyini bildirir.
Qeyd edək ki, bu həftə Səudiyyə Ərəbistanında güclü yağışlar başlayıb. Leysan nəticəsində paytaxt Ər-Riyad da daxil olmaqla, ölkənin bir sıra hissələrini su basıb.