Səudiyyə Ərəbistanından təhdid: ABŞ-ın XƏRCLƏRİNİ ÖDƏMƏSƏNİZ..

Baxış sayı:
3667

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Səid İbni Cübeyr, Qətəri Suriya bataqlığına çəkməyə çalışır. ABŞ üzərindən Qətəri təhdid edən Səid İbni Cübeyr, "Qətər ABŞ-ın xərclərini ödəməsə, qısa müddətdə yıxılar" deyib.
 
ABŞ-ın Suriyada formalaşdırmaq istədiyi Ərəb ordusu üçün Səudiyyə Ərəbistanı vasitəsilə Qətərə təzyiq edir. Suriya bataqlığına çəkilməyə çalışılan Qətər, ABŞ-ın regiondan çəkilməsi ilə təhdid edilir.
 
QATAR XƏRCLƏRİ ÖDƏSİN
 
Cübeyr, ABŞ-ın Qətərə hərbi bazasıyla təhlükəsizliyi təmin etdiyini bildirərək, “Əgər ABŞ Qətərdəki bazasını geri çəkərsə, Qətər rejimi bir həftəyə yıxılar. ABŞ-ın Suriyadakı xərcini Qətər ödəsin" deyin.
ABŞ əsgərlərinin Suriyada qalmasının xərclərinin kimin ödəyəcəyi məsələsi Yaxın Şərqdə söz müharibəsinə çevrilib. ABŞ-ın İŞİD-ə qarşı yaratdığı koalisiyanın xərclərinin kim tərəfindən ödəniləcəyi məsələsi Səudiyyə Ərəbistanı ilə Qətər arasında mübahisə predmetinə çevrilib.
 
ABŞ ÇƏKİLSƏ QƏTƏR DÜŞƏR
 
ABŞ prezidenti Tramp Vaşinqtonda Fransa prezidenti Emanuel Makron ilə görüşü zamanı Suriya ilə bağlı açıqlamasında ABŞ-ın Yaxın Şərqdə qaldığı 18 il ərzində 7 trilyon dollar hərbi xərclər sərf etdiyini, ABŞ-ın regionda qoruma təmin etməməsi halında bəzi ölkələrin bir həftədə dağılacağını qeyd edib. Və Yaxın Şərq ölkələrinin ABŞ-ın xərclərini ödəməsi lazım olduğu mövzusunu yenidən gündəmə gətirib.
Səid ibni Cübeyr, "Əgər ABŞ Qətərdəki bazasını geri çəkərsə, Qətər rejimi bir həftədən də tez yıxılar. ABŞ Qətərdəki bazasını tərk etmədən əvvəl Qətərin hərbi güclərini Suriyaya göndərməsi lazımdır" deyib.
Müxalifət.az