Səudiyyə Ərəbistanından QALMAQALLI FƏTVA

Səudiyyə Ərəbistanının müftisi Əbdüləziz Ali Şeyx İsrailə qarşı müharibə etməyin doğru olmadığını və Həmasın terror təşkilatı olduğunu iddia edən bir fətva verib. Bu fətvanın dərc olunmasından sonra isə İsrailin rabitə naziri Əyyub Qara, Səudiyyə müftisi Ali Şeyxi təbrik edib.
 
İsrailin rabitə naziri Əyyub Qara, Səudiyyə Ərəbistanının müftisi və üləma heyətinin rəhbəri Əbdüləziz Ali Şeyxi, "İsrailə qarşı müharibə etməyin doğru olmadığını, Həmasın terror təşkilatı olduğunu və Hizbullaha qarşı İsrail ordusu ilə əməkdaşlıq edilməsi" yönündəki fətvasına görə, təbrik edərək ölkəsinə dəvət edib.
Nazir Əyyub Qara, sosial media hesabından bu mesajı bölüşüb:
“Səudiyyə Ərəbistanının müftisi və üləma heyətinin rəhbəri Əbdüləziz Ali Şeyxi Yəhudilərə qarşı döyüşməyi və onları öldürməyi qadağan edən fətvasına görə, təbrik edirik.
Ali Şeyx, Həmasın terror təşkilatı olduğunu və Fələstinlilərə zərər verdiyini, Məscid-i Əqsada keçirilən aksiyaların demaqoqiya olduğunu və İsrail ordusu ilə Hizbullahı yox etmək üçün iş birliyi həyata keçirilə biləcəyini deyib. Mən müftini İsraili ziyarət etməyə dəvət edirəm. Yüksək səviyyəli bir hörmətlə qarşılanacaqdır".
Müxalifət.az