Səudiyyə Ərəbistanından çağırış! DƏRHAL LİVANI TƏRK EDİN - SAVAŞ QAPIDA

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi, "Livanda Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkəni tərk etməsini" istəyib.
 
Səudiyyə rəhbərliyi başqa ölkələrdəki vətəndaşlarının da Livana getməməsi barədə xəbərdarlıq edib.
Bu arada Səudiyyə Ərəbistanının baş prokuroru Şeyx Səud əl Mojeb, korrupsiya əməliyyatı çərçivəsində 208 nəfərin ifadəsinin alındığını, 7-nin sərbəst buraxıldığını deyib.
Yazılı açıqlama yayan Əl Mojeb "Son 3 ilə dair araşdırmalara görə, ən az 100 milyard dolların illər ərzində sistematik korrupsiya yolu ilə mənimsənildiyini İfadə edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın Livanda yaşayan vətəndaşlarına oranı dərhal tərk etmələri barədə müraciət etməsi Yaxın Şərq üçün ABŞ-İsrail planının icraata qoyulduğuna və regionda tezliklə müharibənin başlayacağına işarə ola bilər. İsrail ordusunun hücum öncəsi ən böyük hərbi təlim hazırlıqları da bunu deməyə əsas verir. Üstəlik, Livanın keçmiş baş naziri Haririnin də geriyə, vətəninə qayıtmaması və yerli hökümətin bu yöndəki narahatlıqlarının heç də təsadüf olmadığı tezliklə müharibə olacağı ehtimallarını artırır.
Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 ölkəyə nəzərdə tutulan kritik səfəri vardır. İlk olaraq Rusiyaya səfərə gedəcək olan Ərdoğan, oradan da Qatar və Küveytə səfər edəcək. Bu kritik səfərlərin əsas məqsədi də məhz Yaxın Şərqdə planlaşdırılan böyük savaşın qarşısını almaqdır.
Müxalifət.az