​Səudiyyə Ərəbistanından ağır ittiham: “İran hər il terrorçuları və terroru dəstəkləmək üçün 30 milyard dollar xərcləyir”

Muxalifət.az xəbər verir ki, Səudiyyə Ərəbistanı məclisinin sədr müavinin köməkçisi Məhəmməd bin Əmin Əl Cəfəri İrana qarşı sərt ittihamlarla çıxış edib: “İran hər il terrorçuları və terroru dəstəkləmək üçün 30 milyard dollar xərcləyir”.
O bu açıqlamanı Romada keçirilən NATO Parlament Assambleyası Aralıq dənizi və Yaxın Şərq Xüsusi Qrupu ilə Transatantik Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Komitəsinin iştirakı zamanı verib, İrandan şikayət edərək “Ərəb ölkələrinin daxili işlərinə qarışdığını, silahlı qrular ilə terroru dəstəkləməsinin uzun bir tarixi olduğunu” deyib.
Əl Cəfəri İŞİD-ə qarşı beynəlxalq zəfərə sevindiklərini söyləyib, lakin İranın veynəlxalq bir təhdid halına gəldiyinin unudulmamasını istədiklərini bildirib.