​Səudiyyə Ərəbistanında YENİ İSLAHAT: 35 illik yasaq aradan qaldırıldı

Baxış sayı:
5375

Səudiyyə Ərəbistanında tətbiq olunan kinoteatr yasağı 2018-ci ildə aradan qaldırılacaq.
Muxalifət.az xəbər verir ki, Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Salih Alavad mart ayından kinoteatrların yenidən açılacağını bildirib.
Qeyd edək ki, son 35 ildir ki, sözügedən ölkədə kinoteatrlara qadağa qoyulmuşdu.
Bu, son zamanlar ölkə yetkililərinin qəbul etdiyi ikinci mütərəqqi qərardır. Bir müddət əvvəl Səudiyyədə qadınların avtomobil idarə etmələrinə icazə verən qanun da qəbul edilib.