​Səudiyyə Ərəbistanında yeni HƏBS DALĞASI - Xarici təşkilatlarla əməkdaşlıq edən 7 NƏFƏR SAXLANILDI

Baxış sayı:
1345

Səudiyyə Ərəbistanında xarici təşkilatlarla əlaqədə şübhəli bilinən 7 nəfər həbs edilib.
Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə dövlət təhlükəsizlik xidmətinin əməkdaşı rəsmi açıqlama verib.
Qeyd olunur ki, xarici təşkilatlarla əlaqədə şübhəli bilinən şəxslər, həmçinin bəzi insanları dövlət qurumlarında yüksək vəzifələrə işə düzəltməkdə, Krallıqda sabitliyin pozulması məqsədilə xaricdə yaşayan və hökumətə qarşı düşmən mövqedə olan şəxslərə maliyyə yardımı etməkdə günahlandırılırlar.
Bildirilir ki, bu cür fəaliyyətlə məşgul olan şəxslərin müəyyənləşməsi və lazımi tədbirlərin görülməsi istiqamətində işlər davam etdiriləcək.