​Səudiyyə Ərəbistanında təyyarə qəzası — 4 ölü

Baxış sayı:
3319

Səudiyyə Ərəbistanının şimalındakı “Əl-Hanafe” təbiətin mühafizəsi sahəsində təyyarə qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, qəza nəticəsində dörd nəfər ölüb.
Qurumdan verilən açıqlamada bildirilir ki, qurumun müdürü Səud bin Reca əş-Şəmri, kapitan pilot Cedi bin Hüseyin əş-Şemlani, köməkçi pilot Muhammed bin Muflih əl-Qassami ilə birlikdə mücahidlər baş idarəsinin əməkdaşı Muczi əş-Şəmri həlak olub.
Qəzanın səbəbləri bilinmir.