​Səudiyyə Ərəbistanında polisə HÜCUM OLUB, 3 nəfər öldürülüb, 4 nəfər yaralanıb

Baxış sayı:
3433

Səudiyyə Ərəbistanının cənub-qərbində təhlükəsizlik qüvvələrinə edilən silahlı hücum nəticəsində 3 nəfər öldürülüb, 4 nəfər yaralanıb.
“Report” “Anadolu” agnetliyinə istinadən xəbər verir ki, bunu krallığın Daxili İşlər Nazirliyinin sözçüsü general Mansur ət-Türki bildirib.
Onun sözlərinə görə, əl-Macaride ilə Barik vilayətləri arasındakı nəzarət məntəqəsində gündüz saatlarında naməlum şəxslər tərəfindən polisə silahlı hücum olub. Nəticədə təhlükəsizilik qüvvələrinin 3 əməkdaşı öldürülüb, 4-ü yaralanıb. Hücum etməkdə şübhəli bilinən 2 nəfər tutulub. Onların kimliyi araşdırılır.
Bildirilib ki, polisə atəş açan şəxslərdən biri öldürülüb. Onun Səudiyyə Ərəbistanı vətəndaşı Bəndər Muhammed Ali olduğu müəyyən edilib.