Səudiyyə Ərəbistanında neft boru xəttlərinə hücum - Vəziyyət gərginləşir

Baxış sayı:
5014

Səudiyyə Ərəbistanı Enerji və Sənaye naziri Xəlif ibn Əl-Falih insansız hava vasitələri ilə  neft boru xəttlərinə hücum edildiyini açıqlayıb. Hücumlardan sonra əsas boru kəmərində nasos dayandırılıb.
Partlayışdan sonra bölgədə baş verən yanğın söndürülüb. Səudiyyə rəsmiləri əsas boruya gedən neft axınını kəsib.
Hücumu İranın dəstəklədiyi Husilər öz üzərinə götürüb. Hüsilər Səudiyyəyə təcavüzünü dayandırmaq üçün bir mesaj verildiyini deyib.
Son iki gündə Körfəzdə sular isinməyə başlayıb. BƏƏ və Səudiyyə Ərəbistanının gəmilərini sabotaj etdikdən sonra ABŞ İranın bu hadisənin arxasında olduğunu iddia etdi, lakin İran bu iddiaları rədd etdi.” New York Times”-ın verdiyi xəbərdə, Trampın təsdiq edildiyi təqdirdə, ABŞ-ın Yaxın Şərqə 120 min qoşun göndərəcəyi qeyd olunub.
Qeyd edək ki, Körfəzdə İrana maneə törətməyə çalışan ABŞ, daha əvvəl F-35 jetləri, B-52 nüvə bombardmançıları, “Abraham Lincoln” təyyarə gəmisi və bölgəyə çox sayda döyüş gəmiləri göndərmişdi.
Müxalifət.az